- Məqsəd
Yaşından və maddi durumundan asılı olmayaraq parkın ziyarətçilərinin yalnız attraksionlardan istifadə edib, restoranlarda hazırlanan müxtəlif təamlardan dadmaq deyil, sadəcə yaşıllıqla, gül-çiçəklərlə bəzənmiş bir ərazidə gəzərək, amfiteatrda hər axşam təşkil olunan tamaşa və konsert proqramlarından zövq alaraq istirahət etmələri üçün bütün lazımi şərait yaradılıb.
- Məhsul və ya xidmət
“GəncLand” ailəvi istirahət və əyləncə kompleksinin ərazisində müxtəlif yaşda uşaq, yeniyetmə, gənclər, orta və yaşlı təbəqədə olan insanlar üçün İtaliya, Türkiyə, Rusiya Federasiyasından gətirilmiş “Üzən ördəklər”, “Uçan fillər”, “Karnaval”, “Zəncirli karusel”, “Çay dəzgahı” və “Şən qatar” kimi 30 ədəd müxtəlif attraksion, ayaq üstü şahmat, 8d Tir və 7D kinoteatr, Qərb regionunun ən böyük ilki olan “Mustanq” atçılıq klubu, AFFA standartlarına tam uyğun gələn futbol meydançaları, spirtli içki və tütün məmulatlarının istifadəsinə icazə verilməyən ailəvi kafe və restoranlar, ayrıca olaraq 235 metrlik qapalı sahəyə və 45 metrlik mətbəxə malik “Bu-Bu” fastfood kafesi, 120 kvadrat metrlik bağlı sahəsi, 440 kavdrat metrlik mətbəxi və 300 kvadrat metr açıq sahəsi olan “Oskar” alakarta restoranı, 10 yaşadək uşaqlar üçün nəzərdə tutulan “Uşaq dünyası” meydançasının ərazisində “BabyLand” ana və uşaq kafesi və “Şən qayıqlar”, “Yellənçəklər”, “Körpə dünyası”, “Kiçik qatar”, “Hellikopter”, “Kiçik günəş” və “Böyük batut” kimi uşaq attraksionları, hər axşam bir-birindən şən və maraqlı tamaşalar göstərilən və ödənişsiz fəaliyyət göstərən amfiteatr mövcuddur. Parkın ərazisində körpə uşaqlar üçün 60 ədəd heyvanat aləminə aid fiqurlar, həmçinin müxtəlif nağıl personajlarının fiqurları, oyun meydançası və qurğuları yerləşdirilmişdir. Respublikanın Qərb regionunda ilk dəfə olaraq hündürlüyü 50 metr olan “Ətrafa baxış” dairəvi karuseli, eləcə də “Qalaktika”, “Amerikan təpəcikləri”, “Hava velosipedi”, “Nəhəng sürüşgən”, “Disco”, “Nəhəng gəmi”, “Qar axını”, “Yanan kürə”, “Avtoralli” və bu kimi ekstrimal attraksionlar adrenalin həvəskarlarının marağına səbəb olub. Paytaxt Bakı şəhəri istisna olmaqla Azərbaycan üzrə misli görünməyən bir parkın proektinin 90% reallaşdırılıb.
2022-ci ilin ilk aylarında rəhbərliyin göstərişi ilə kompleksimizə “ Qorxulu Ev” “Möcüzələr diyarı” “Zəncirli” yeni “Topsping” “Qüllə” və nəhayyət böyük “Uçan boşqab” adlı adrenalin dolu attraksionlar gətirildi və quraşdırma işlərinə başlanıldı. Müəyyən müddət sonra vətəndaşların xidmətinə verildi.
Hal hazırda 2022-ci ilin Sentyabr ayından, “Karting” meydançası nəzərdə tutularaq, tikinti və bərpa işlərinə başlanıldı. Qısa müddət ərzində xidmətə açıq olacaqdır.
- İşçilər
Parkda işçilərinə gəlincə: mühasib, kadrlar üzrə müfəttiş, administrator, attraksion nəzarətçiləri, mexanik, elektrik, restoran işçiləri və xadimələr nəzərə alınmaqla 100 nəfər fəaliyyət göstərir.
- Rəqabət.
Günbəgün yenilən ailəvi istirahət kompleksi qərb regionun ən böyük istirahət və əyləncə mərkəzi olaraq rəqabətə girilməz bir kompleks olduğundan işlədiyi müddət ərzində yetərincə müştəri toplayıb və gündəlik gəlir gətirən struktura çevrilib.
- Keçirilmiş kampaniya və tədbirlər
Bizimlə sıx əməkdaşlıq edən şirkətlər öz hədiyyələri ilə gəncləri kompleksimizdə hər zaman cəmləşdirir. Zəka sahibləri arasında keçirilən şahmat turniri də özünə məxsus iştirakçı və tamaşaçı auditoriyası topladı. Futbol həvəskarları 30 komanda şəklində toplaşaraq möhtəşəm və səs-küylü turnirdə öz məharətlərini göstərdi. Daha bir hədiyyələrlə dolu kampaniya isə Azercell şirkəti tərəfindən təşkil olundu və parkımızın qonaqları müxtəlif viktorinalarda iştirak etməklə mobil telefon və Azercell-dən Gold nömrələr qazandılar. Baxçalar arası rəqs müsabiqəsində balacalar öz məharətlərini göstərib hədiyələrini qazandılar. Məktəblilər arası isə “Nə,harda,necə” adlı intellektual oyunda qaliblər müəyyənləşdi.
Hall hazırda rəhbərliyin göstərişi ilə Şəhid övladlarına kompanya keçirilir, təmanasız kompleksimizə məxsus olan kart təqdim olunur, həmin kartın daxilinə rəhbərlik tərəfindən müəyyən edilmiş pul məbləği yüklənərək şəhid övladlarının əyləncəsi ailə üzvündən bir nəfərə təqdim edilir.
Yeni Aksiyamız “Hədiyyə Qazan” aksiyasıdırki, burada karta həryüklədiyin məbləğə müəyyən olunmuş bonuslar gəlirki, buda kompleksimizdə istirahət edən vətəndaşlarımız üçün daha sərfəli olur.
Onuda qeyd edək ki, Gəncə şəhəri “Gəncə Mall” ticarət mərkəzinin üçüncü mərtəbəsində “GəncLand Mini” fəaliyyətə başlayıb və illərdir kiçikdən böyüyə hər kəsin əyləndiyi ailəvi istirahət mərkəzinə çevrilib.
Əyləncə mərkəzimizdə mini attraksionlar, Avtoralli, Nəhıng maşın. Mini baxça və bu kimi əyləncəli attraksionlarımız mövcuddur.
Gələcək planlarımız içərisində akvapark, 2400 kv. metr əraziyə malik qapalı oyun məkanı, gülüş otağı, tennis kortu, buz meydançası kimi yeni lahiyyələr üzərində çalışırıq.